“Oxuyanda gözümün qabağına onları gətirdim” - VİDEO

22:44 - 11 May 2024

“Oxuyanda gözümün qabağına onları gətirdim” - VİDEO

“Şuşa bizim canımızdır. Şuşaya söz çatdırmaq mümkün deyil. Şuşa üçün əlimdən nə gəlirsə, bir az oxuyuram. Bu gün burada nə qədər qonaqlarla şəkillər çəkdirdim və ünsiyyətdə oldum”.

 

Manset.az xəbər verir ki, bu sözləri Real TV-yə açıqlamasında Xalq artisti Zeynəb Xanlarova deyib.

Sənətçi bu gün Şuşada səhnə almasından danışıb:

“Xoşbəxtəm! Şuşada olduğum üçün xoşəbəxtəm. Xoşbəxtəm ki, bu çayı, çəməni görürəm. Rəhmət oxumaq istəyirəm bu müqəddəs torpaq uğrunda həyatlarını qurban verən insanlar üçün. Oxuyanda gözümün qabağına onları gətirdim. Allah onlara rəhmət eləsin.

Cənab Prezidenti o qədər sevirəm ki... Mən o qədər prezidentlər görmüşəm ki... Qapıdan barmaqlarını çıxarıb, evindən bayıra qoyan prezidentlər də görmüşəm. Düzdür, hamı mənə hörmət edib, amma gərək düzünü deyəsən. O dağlarda oturub cürbəcür sözlər danışanlar var. Gəlsinlər qabağıma partladım, öldürüm onları. Bizim əziz Prezidentimiz İlham Əliyev olmasaydı, bəlkə də necə var idiksə, elə də qalacaqdıq. Bu isə mənim ürəyimdən gələn sözlərdir. İnsan ki, özü, həyat yoldaşı, qızı, oğlu da, ailəvi olaraq, bu xalq üçün yaşayırlar, onları necə sevməmək olar? Mənim yaltaqlığım yoxdur. Oxuyan adamam, heç vecimə gəlmir kim olursa, olsun. Ancaq yaxşının qədrini bilmək lazımdır. Mənim canım qurban Cənab Prezidentə. Onu çox istəmişəm, istəyəcəyəm də... Onun atasını - Heydər Əliyevi də çox istəmişəm, indi də istəyirəm”.


Xəbər xətti

25 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin