“Azure”da intihar edən gənclə bağlı RƏSMİ AÇIQLAMA

11:01 - 24 İyun 2021

“Azure”da intihar edən gənclə bağlı RƏSMİ AÇIQLAMA

Baş Prokurorluq "Azure” biznes mərkəzində baş verən intihar hadisəsi ilə bağlı açıqlama yayıb.

Baş Prokurorluqdan Manset.az-a bildirilib ki, iyunun 22-də 1999-cu il təvəllüdlü Elvin Məmmədov işlədiyi “Azure” biznes mərkəzinin 15-ci mərtəbəsində yerləşən “Polyagro” ofisinin pəncərəsindən özünü ataraq intihar edib.

Faktla bağlı hazırda Xətai Rayon Prokurorluğunda araşdırma aparılır: "Araşdırmanın gedişatı və nəticəsinə uyğun olaraq qanuni qərarın qəbul edilməsi, bu barədə ictimaiyyətə məlumatın verilməsi təmin ediləcək".


Xəbər xətti

21 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin