Astarada azyaşlıya qarşı soyğunçuluqda təqsirləndirilən şəxs saxlanıldı

11:08 - 21 Oktyabr 2021

Astarada azyaşlıya qarşı soyğunçuluqda təqsirləndirilən şəxs saxlanıldı

Astara Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində yetkinlik yaşına çatmayan şəxsin üzərindəki pulu soyğunçuluq yolu ilə ələ keçirməkdə şübhəli bilinən şəxs saxlanılıb.

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Manset.az-a verilən məlumata görə, araşdırmalarla onun Astara rayon sakini, əvvəllər Cinayət Məcəlləsinin bir neçə maddəsilə məhkum olunmuş Fəqan Məmmədov olduğu müəyyən edilib.

Saxlanıldıqdan sonra keçirilən şəxsi axtarış zamanı ondan 5 qram narkotik vasitə heroin aşkarlanaraq götürülüb.

Faktla bağlı araşdırma aparılır.


Xəbər xətti

25 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin