Netanyahu İrana hücumun təfərrüatlarını açıqladı
19 Noyabr 2024
09:03 - 21 Oktyabr 2021
Xəbər verdiyimiz kimi, oktyabrın 19-da Qaxda bir ailənin üç üzvü göbələkdən zəhərlənib və onlardan ikisi 9 yaşlı İbrahimxəlil Qasımzadə, 12 yaşlı Murad Qasımzadə ölüb.
Manset.az xəbər verir ki, “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, uşaqları zəhərləyərək onların ölümünə səbəb olan göbələkləri azyaşlılar özləri bağdan yığıb. Onlar zəhərli göbələyi evə gətirib və bişirilməsi üçün valideyninə veriblər.
Bir müddət sonra zəhərli göbələk öz təsirini göstərib və azyaşlılarla yanaşı, 1974-cü il təvəllüdlü, Muradın atası Mübariz Qasımlı da xəstəxanalıq olub. Vəziyyətləri ağır olan xəstələr Bakıya çatdırılıb, azyaşlıların həyatını xilas etmək mümkün olmayıb.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin