Reabilitasiya mərkəzinə yerləşdirilən Ağakərimin vəziyyəti AÇIQLANDI - FOTO

21:23 - 7 May 2024

Reabilitasiya mərkəzinə yerləşdirilən Ağakərimin vəziyyəti AÇIQLANDI - FOTO

Bir neçə ildir yataq xəstəsi olan meyxanaçı Ağakərim Novruzov müalicə olunmaq üçün reabilitasiya mərkəzinə yerləşdirilib.

 

Manset.az  baku.ws-ə istinadən bildirir ki, artıq ikinci gündür meyxanaçı burada müalicə alır.

Bu barədə "Elgizlə izlə" verilişində bildirilib.

Çəkiliş zamanı Ağakərimin oğlu da orada olub. O atasının ötən günə nisbətən bu gün biraz yaxşılaşdığını qeyd edib.

Meyxanaçının reabilitasiyasını həyata keçirən həkim bildirib ki, bu gündən artıq dərman və sistem müalicələrinə başlanılacaq.

Qeyd edək ki, Ağakərim uzun illərdir xəstə yatır. O, bir müddət diabetdən əziyyət çəkib. Bundan sonra meyxanaçı 2017-ci ilin mart ayında insult keçirib.

2021-ci ilin dekabr ayında 2-ci dəfə insult keçirən meyxanaçı o vaxtdan yataq xəstəsidir.



Xəbər xətti

25 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin