Bu yolda sürət həddi bərpa olundu - YENİLƏNDİ

09:18 - 7 May 2024

Bu yolda sürət həddi bərpa olundu - YENİLƏNDİ

Yağışlı hava şəraiti ilə əlaqədar olaraq Bakının Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə 20 km/saat endirilən sürət həddi bərpa edilərək əvvəlki vəziyyətinə qaytarılıb.

Bu barədə Manset.az-a Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən bildirilib.

***

Hazırda Bakıda müşahidə edilən yağıntılı hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi 20 km/saata endirilib.

Manset.az  xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.

Eyni zamanda məlumat sürət tablolarında “sürüşkən yol” işarəsi qoyulub.


Xəbər xətti

8 Sentyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin