“Titanik”in məşhur aktyoru vəfat etdi - FOTO

20:27 - 5 May 2024

“Titanik”in məşhur aktyoru vəfat etdi - FOTO

Britaniyalı aktyor Bernard Hill 79 yaşında vəfat edib.

 

Manset.az  “Oxu.Az”a istinadən xəbər verir ki, bu barədə aktyorun agenti məlumat verib.

Hill məşhur 1997-ci ildə “Oskar” mükafatına layiq görülmüş “Titanik” filmində Kapitan Edvard Smit, “Üzüklərin hökmdarı”nda isə Teoden rollarını canlandırıb.
Qeyd olunur ki, aktyor bu gün dünyasını dəyişib.
Xatırladaq ki, Hill 1944-cü ildə İngiltərənin Mançester şəhərində anadan olub. 1970-ci illərdən filmlərdə və televiziyada rol alıb. O, 11 “Oskar” almış (“Titanik” və “Üzüklərin hökmdarı: Kralın qayıdışı”) filmlərdə birdən çox rol alan yeganə aktyordur. Aktyor ilk dəfə 1982-ci ildə “Boys on the Sideline” teleserialında çəkildikdən sonra şöhrət qazanıb.



Xəbər xətti

26 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin