Bəzi liderlərin COP29-da iştirak etməməsinə RƏSMİ MÜNASİBƏT
15 Noyabr 2024
19:04 - 20 Oktyabr 2021
Avropa Parlamenti həbsdə olan rusiyalı müxalif Aleksey Navalnını Saxarov adına “Düşüncə azadlığı” mükafatı ilə təltif edib.
Manşet.az xəbər verir ki, bu barədə Avropa Xalq Partiyasının Tvitter hesabında yazılıb:
“Rusiyalı müxalifətçi Aleksey Navalnı 2021-ci ilin Saxarov mükafatına layiq görülür”.
Mükafat verilənlərin qısa siyahısında Əfqanıstan qadınları və Boliviyadan olan hüquq müdafiəçisi də daxil idi. Mükafatlandırma mərasimi dekabrın 15-də Strasburqda AP-nin plenar iclasına planlaşdırılır.
Qeyd edək ki, Saxarov mükafatı 1988-ci ildə Avropa Parlamenti tərəfindən təsis edilib. Mükafat Sovet fiziki, SSRİ-də insan haqları hərəkatının liderlərindən biri, Nobel Sülh Mükafatı laureatı (1975) Andrey Saxarovun (1921-1989) adını daşıyır. Mükafat sahibi diplom və 50 min avroluq çek alır.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin