Azərbaycanın məşhur Xalq artisti vəfat etdi - FOTO
26 Noyabr 2024
20:40 - 3 May 2024
"Uşaqlığın son gecəsi" filmindən 56 il sonra Polad Bülbüloğlu və Ənvər Həsənov görüşüb.
Manset.az-ın məlumatına görə, Xalq artistləri təsadüf nəticəsində Cinema Radio Kino Radio Kanalının növbəti buraxılışının yazılışı zamanı rastlaşıblar.
"Uşaqlığın son gecəsi" (1968) filminin musiqilərinin bəstəkarı Polad Bülbüloğlu, əsas obrazı isə Ənvər Həsənov olub.
Onlar ən yaxşı bəstəkar və ən yaxşı aktyor mükafatına layiq görülüblər.
Görüşdə iştirak edən mədəniyyət yazarı, prodüser Vasif Ayan bunu tarixi görüş adlandırıb:
"Bu tarixi məqamın bir parçası olmaq da varmış qismətdə. Hər iki sənətkarımızla qısa da olsa o illərə qayıtdıq, kinorejissor Arif Babayevi və onun şedevr filmi olan "Uşaqlığın son gecəsi" filmini də xatırladıq. Bu görüş tam təsadüf nəticəsində alındı. Biz Ənvər müəllimlə radioda qonaq idik. Həmin radionun qonşu otağında səsyazma studiyasında Polad Bülbüloğlu da vardı. İki böyük sənətkar illər sonra isti və səmimi görüşürlər. Bəlkə də yüz dəfə cəhd etsən də bu iki sənətkarın görüşünü təşkil etmək mümkün olmazdı. Çünki Polad Bülbüloğlu çox zaman Moskva şəhərində olur. Ancaq tale onları tam təsadüf nəticəsində Sabunçu rayonunda görüşdürür. Filmdən 56 ildən sonra onlar yenə də görüşürlər. Həqiqətən unudulmaz və tarixi gün oldu..."
Əfsanə Rəcəb
Manşet.az
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin