Azərbaycanın məşhur Xalq artisti vəfat etdi - FOTO
26 Noyabr 2024
16:35 - 3 May 2024
2003-cü ildə “Eurovision”da Türkiyəyə birincilik gətirən Sertab Erener uzun illərdən sonra yenidən Eurovision Musiqi Yarışması səhnəsində iştirak edəcək.
İ
Manset.az əbər verir ki, sveçin Malmö şəhərində keçiriləcək müsabiqənin yarımfinalında keçmiş “Eurovision” ulduzları da oxuyacaq. Mayın 7-də keçiriləcək müsabiqənin ilk yarımfinalının qonağı İsveçin məşhur pop ulduzu Benjamin İnqrosso olacaq.
Daha əvvəl Eurovision-da birinci yeri qazanmış qadın sənətçilər mayın 9-u keçiriləcək ikinci yarımfinalda qonaq olacaqlar. Gecədə Sertab Erener “Everyway That I Can” mahnısını ifa edəcək. 2005-ci ildə Yunanıstanda birinci yeri qazanan Helena Paparizou "My Number One" mahnısı ilə, 1999-cu ildə İsveçdə birinci yeri qazanan Şarlotta Perrelli isə "Take Me to Your" mahnısı ilə səhnəyə çıxacaq. .
Sertab Erener “Eurovision” dəvətini aldığı andan etibarən gərgin hazırlıq prosesində olduğunu bildirib. Sənətçi bu axşam Malmö Arenada "Everyway That I Can" mahnısının indiyə qədər eşidilməyən versiyasını ifa edəcək.
Qeyd edək ki, 68-ci Avroviziya Mahnı Müsabiqəsinin möhtəşəm finalı şənbə günü, mayın 11-də baş tutacaq. Müsabiqənin xarici pərəstişkarları sosial media hesablarına yazılan şərhlərdə Sertab Ereneri yenidən səhnədə görməkdən çox həyəcanlandıqlarını bildirib və “Türkiyəni yenidən Eurovision-da görmək çox gözəl olacaq. Kraliça qayıdır." - qeyd ediblər.
Jalə
Manşet.az
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin