Bu və növbəti şənbə tam iş günüdür
15 Noyabr 2024
18:01 - 20 Oktyabr 2021
Gürcüstanın Baş Prokurorluğu keçmiş prezident Mixeil Saakaşviliyə dövlət sərhədini qanunsuz keçməsi ilə bağlı ittiham irəli sürüb.
Manşet.az xəbər verir ki, ittihamda siyasətçinin ölkəyə daxil olma marşrutu göstərilib.
İstintaq çərçivəsndə müəyyən olunub ki, sentyabrın 28-də saat təxminən 23:00-da Poti limanına Ukraynanın Çernomorsk limanından "Vilnüs” adlı gəmi daxil olub.
Sentyabrın 29-da saat 01:04-də gəmidən "IKA TRANS Ltd.” şirkətinə məxsus süd məhsulları ilə yüklənmiş qoşqulu SCANIA yük maşını çıxıb. Avtomobil əvvəlcə körpüdə dayanıb, qeydiyyatdan öncə gözləmə zonasında olub və buradan 01:44-də çıxışa yollanıb. Bir neçə on metr hərəkət edəndən sonra saat 01:47-də Poti limanı ərazisində yük maşını saxlanılıb və sürücü maşının arxa qapısına istiqamətlənib, oradan saat 01:49-da Mixeil Saakaşvili yük maşınının kabinəsinə sağ tərəfdaən daxil olub.
Bununla M.Saakaşvili dövlət nəzarətindən yan keçməklə qanunsuz olaraq sürücünün köməyi ilə dövlət sərhədini keçib.
Qeyd olunan tarixdə saat 02:00-da M.Saakaşvili onun qarşılayan "Mercedes” markalı avtomobilə minib və öncə Abaşa rayonunun Tkviri kəndinə, daha sonra isə mikroavtobusla Lançxuti-Poti-Ozurgeti-Kobuleti yolu ilə Batumiyə yola düşüb.
Qeyd edək ki, qonşu ölkənin üçüncü prezidenti oktyabrın 1-də Tbilisidə saxlanılıb və Rustavidəki 12 saylı cəzaçəkmə müəssisəsinə yerləşdirilib.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin