Zaurun şərhinə Hidayətqızı belə cavab verdi - FOTO

15:17 - 20 Oktyabr 2021

Zaurun şərhinə Hidayətqızı belə cavab verdi - FOTO

Xəbər verdiyimiz kimi, aparıcı Xoşqədəm Hidayətqızı ARB telekanalında yaradıcılıq məsələləri üzrə müşavir vəzifəsinə təyin edilib.

 

Manset.az-ın məlumatına görə, prodüser Tarix Əliyev (Tolik) sosial şəbəkədə Hidayətqızı ilə fotosunu yayımlayaraq, onu təbrik edib.

 

Tolikin paylaşımına şərh yazanlardan biri də illərdir Xoşqədəmlə küsülü olan aparıcı Zaur Baxşəliyev olub. O, "Uğurlar, xeyirli olsun" qısa şərhini yazaraq, barışıq addımı atıb.

X.Hidayətqızı da həmkarının şərhini cavabsız qoymayıb. O, Zaura "Minnətdaram, zaur bəy" reaksiyasını verib.

Qeyd edək ki, Hidayətqızı ilə Baxşəliyev arasındakı qalmaqal ATV kanalında çalışan ərəfədən başlayıb. Onlar dəfələrlə verilişlərində bir-birinə söz atıblar.

Bir müddət əvvəl isə Zaur proqramında Hidayətqızı ilə bağlı təriflər səsləndirib.


Xəbər xətti

29 Mart 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin