Bu və növbəti şənbə tam iş günüdür
15 Noyabr 2024
12:57 - 20 Oktyabr 2021
“Həyatımızın müxtəlif sahələrində qadınlara qarşı zorakılıqlar qalmaqdadır”.
Manset.az-ın məlumatına görə, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev “Gender bərabərliyinin və qadın hüquqlarının təşviqində vətəndaş cəmiyyətinin rolu” mövzusunda keçirilən konfransda deyib.
Komitə sədri bildirib ki, ÜST-ün məlumatına görə, dünyada hər üç qadından 1-i ya evdə, ya işdə zorakılığa məruz qalır: “Bu gün işsiz qadınlar 57,5 % təşkil edir. Baxmayaraq ki, əmək qabiliyyətli qadınların sayı kişilərin sayından çoxdur. Əsas diskriminasiya burada qadın əməyinin kişi əməyinə nisbətən az qiymətləndirilməsidir. Bu, bütün dünyada belədir. Azərbaycanda qadınların əməyi kişi əməyindən daha az qiymətləndirilir. Bunun bünövrəsi iqtisadi azadlıqdadır. Əgər iqtisadi azadlıq olmayacaqsa, biz sosial azadlığı da təmin edə bilməyəcəyik. Ev işlərinin, ailə üzvlərinə qulluqla bağlı haqqı ödənilməyən iş saatlarının 77%-i qadınların payına düşür. Bu haqqı zəhmət çəkib kişi ödəməlidir. Çünki əgər evdə qadın olmasa, kişi bu işi görmək üçün kimisə tutmalıdır. Elmi-texniki fəaliyyət sahəsində qadınların əməkhaqqısı kişilərin əməkhaqqısının yalnız 47%-ni təşkil edir. Səhiyyə və sosial xidmətlər sahəsində bu rəqəm 63%-dir. Baxmayaraq ki, bu sahədə qadınlar kişilərdən daha çoxdur. Qadın sahibkarlar sayında da rəqəm aşağıdır. Sahibkar qadınların sayı sahibkar kişilərin sayından 3,7 dəfə azdır”.
YAP sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov isə Musa Quliyevin ev işi görən qadınlara pul ödənməsi fikri ilə razılaşmayıb. T. Budaqov bildirib ki, Azərbaycan qadınları ailəyə bağlıdır: “Burada beynəlxalq təcrübə ilə yanaşı, cəmiyyətin fikri də nəzərə alınmalıdır”.
Musa Quliyev isə bir daha təkrar edib ki, qadının evdəki zəhməti kişilər tərəfindən qiymətləndirilməlidir: “Bu təklifi qadının evdə gördüyü işin qiymətləndirilməsi üçün verdim”.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin