Azərbaycanın məşhur Xalq artisti vəfat etdi - FOTO
26 Noyabr 2024
20:32 - 1 May 2024
Bu gün meyxanaçı Ağakərimin (Kərim Novruzov) 60 yaşı tamam olur.
Manset.az xəbər verir ki, Meyxanaçının övladı Kamil Kərimoğlu “Elgizlə izlə” verilişində telefon zəngi ilə qoşularaq atasının səhhətindən danışıb.
“Desəm ki, atam yaxşıdır, yalan olar. Səhhəti stabildir. Nəfəsi gedib-gəlir, bu günə min dəfə şükür. Atamın müalicəsi ev şəraitində davam edir. Həkimlər müalicələr üçün əllərindən gələni edirlər. Onlar özləri də deyirlər ki, hər şey Allahın əlindədir. Atam insult xəstəsidir. Beyninə illər əvvəl qan sızıb. Mənəvi və maddi tərəfindən atama qulluq etmək oğul kimi borcumdur. İnsanların duası kifayətdir. Atama çox həkimlər baxıb və müxtəlif müalicələr ediblər. Əgər özünə əmin olan həkim varsa ki, onu 1-5-10 ilə ayağa qaldırar, mənimlə əlaqə saxlasın”, - deyə o bildirib.
Qeyd edək ki, Ağakərim 2017-ci il martın 30-da beyinə qansızma diaqnozu ilə xəstəxanaya yerləşdirilmişdi. Sənətçi üç dəfə insult keçirib. (Axşam.az)
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin