Prezident qəbul keçirdi - FOTOLAR

12:20 - 1 May 2024

Prezident qəbul keçirdi - FOTOLAR

Prezident İlham Əliyev mayın 1-də Türk Dövlətləri Təşkilatına (TDT) üzv və müşahidəçi dövlətlərin müsəlman dini rəhbərlərindən ibarət nümayəndə heyətini qəbul edib.

 

Manset.az xəbər verir ki, nümayəndə heyətinə Özbəkistan Müsəlmanlar İdarəsinin sədri Nuriddin Xaliknazarov, Qazaxıstan Müsəlmanlar İdarəsinin sədri Naurızbay Otpenov, Qırğızıstan Müsəlmanlar İdarəsinin sədri Abdulaziz Zakirov və Şimali Kipr Türk Respublikasının Diyanət İşləri Başkanı Ahmet Unsal daxildir.



Xəbər xətti

21 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin