Braziliyalı 88 yaşlı milyonçunu sürücüsü qaçırdı

12:15 - 1 May 2024

Braziliyalı 88 yaşlı milyonçunu sürücüsü qaçırdı

Braziliyalı 88 yaşlı milyonçu Regina Qonçalves sürücüsü Xose Çavesin onu 10 il ailəsindən gizlətdiyini və 21 ay Braziliyadakı evində əsir saxladığını açıqlayıb.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, yanvar ayında sürücüsündən qaçmağı bacardığını və qardaşının evinə sığındığını deyən Qonçalves, sürücüsünün onun 1,9 milyon dollarlıq zinət əşyaları kolleksiyasını götürdüyünü və 500 milyon dollarını ələ keçirdiyini iddia edib.

Beləki, milyonçu Regina Qonçalves Rio-de-Janeyro çimərliyindəki mənzilində tez-tez şənliklər təşkil edirdi. Lakin 2022-ci ilin mayında bu partiyalar qəfil dayaıb.

2011-ci ildən Regina Qonçalvesin sürücüsü 53 yaşlı Xose Çaves qadını soruşanlara onun xəstə olduğunu deyib.

Bu arada ailəsi 2014-cü ildən yaşlı qadınla görüşə bilmədiyi üçün onun itkin olduğu ilə bağlı polisə müraciət edib.

Digər tərəfdən, rəsmi qeydlərə görə, Qonçalves və Çaves 2021-ci ildə evləniblər.

Qeydlərə görə ər və arvad, onlardan birində əqli cəhətdən problem yaranarsa digərinin qəyyumluğunu və qanuni təmsilçiliyini öz üzərinə götürəcəkləri müqavilə imzalamışdı.

Qonçalvesin qardaşı oğlu Alvaro O'Hara 2013-cü ildə Çavesin bibisinə bir dərman verdiyini görüb.

O, araşdırmasında bu dərmanın "çaşqınlıq yaradan bir dərman növü" olduğunu müəyyən edib.

O, bibisinin malikanəsinə gedəndə əlində səsboğucu tapança olan bir adamın qapıda gözlədiyini görüb. O'Hara daha sonra o, polis bölməsinə getmək istəyib.

Amma arxasınca gələn adamı görəndə qorxub və yolunu dəyişib.

Yanvarın 2-də, Regina Qonçalves qardaşının evinə gedib. O, bütün vaxtını evində Çaves tərəfindən əsir saxladığını, sonda arxa qapıdan qaçaraq taksiyə mindiyini söyləyib.

O, həmçinin sürücüsü ilə evləndiyinə dair iddiaları rədd edib. Çavesin 1,9 milyon dollar dəyərində zərgərlik kolleksiyasını müsadirə etdiyini və onun 500 milyon dollar dəyərində olan aktivlərinə nəzarət etdiyini iddia edib.

Əfsanə Rəcəb

Manşet.az


Xəbər xətti

21 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin