Banka borcu olan pensiyaçılara ŞAD XƏBƏR
25 Noyabr 2024
11:23 - 20 Oktyabr 2021
Külli miqdarda dələduzluq etməkdə təqsirləndirilən keçmiş hakim Lətif Nəbiyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Manset.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində İlham Mahmudovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, L.Nəbiyev məhkəmə zalında həbs edilib və ona 8 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin olunub.
İttihama görə, keçmiş hakim torpaq alqı-satqısı və şərikli iş görmək adı ilə iki tanışının 307 min dollardan çox pulunu mənimsəyib. O, zərərçəkmiş Azad İbrahimovdan dəniz kənarında 120 sot torpaq sahəsi alacağı vədi ilə 247 min dollar alıb. Digər zərərçəkmiş Rüstəm Abdullayev isə L.Nəbiyevə şərikli iş görmək adı ilə 59 700 dollar verib. Hökmə əsasən, L.Nəbiyev vurduğu ziyanı da ödəməlidir.
Xatırladaq ki, Lətif Nəbiyev 2000-2007-ci illərdə Bakı Apellyasiya Məhkəməsinin, 2007-2008-ci illərdə isə Suraxanı Rayon Məhkəməsinin hakimi olub. 24 aprel 2008-ci ildə Məhkəmə-Hüquq Şurasının qərarı ilə statusundan və vəzifə səlahiyyətlərindən istifadə etməklə korrupsiya hüquqpozmasına yol verdiyinə görə səlahiyyətlərinə xitam verilib. Daha sonra Prezidentin sərəncamı ilə vaxtından əvvəl hakimlikdən azad olunub.
qafqazinfo.az
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin