Həmas və Çin İsrailin hücumlarını müzakirə etdi

11:35 - 1 May 2024

Həmas və Çin İsrailin hücumlarını müzakirə etdi

Həmas Beynəlxalq Əlaqələr İdarəsinin rəhbəri Musa Əbu Mərzuk İsrailin hücumlarına qarşı Çinin xarici işlər nazirinin müavini Denq Li ilə görüş keçirib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, görüş Çinin paytaxtı Pekində baş tutub.

HƏMAS-ın verdiyi açıqlamada, İsrail ordusunun yaratdığı faciəvi humanitar vəziyyətin və Çinin təcili humanitar yardımı artırması müzakirə edilib.

Görüşdə hər iki tərəfin məsləhətləşmələrin davam etdiriləcəyi, Fələstinin milli birliyinin təmin edilməsi üçün çalışacaqları vurğulanıb.

Əfsanə Rəcəb

Manşet.az


Xəbər xətti

22 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin