"O pulla özümə evimdən də bahalı maşın aldım"

21:47 - 30 Aprel 2024

"Bir dəfə yaxşı pul qazanmışam. O da türk rejissor Bakıya gəldi. Burada 50 bölümdən ibarət serial çəkirdi. Mənə baş rolu verdi.

 

Manset.az  axşam.az-a istinadən xəbər verir ki, bu sözləri Əməkdar artist Rəhman Rəhmanov "Elgizlə izlə" verilişi9ndə qonaq olarkən deyib. O, illər əvvəl rol aldığı ekran işindən qazandığı pulla özünə bahalı maşın aldığını deyib.

"Bunun müqabilində mənə yaxşı pul verdi. 50 bölüm çəkildim və mənə verilən pulla özümə çox yaxşı maşın almışam. Evimdən də baha idi. O maşını biraz sürdüm. Sonra pulum olmadı, satdım və evə xərclədim. Bu, həyatımda bir dəfə olub" deyə, R.Rəhman açıqlayıb.


Xəbər xətti

26 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin