Bu və növbəti şənbə tam iş günüdür
15 Noyabr 2024
10:22 - 20 Oktyabr 2021
Son dövrlər sosial şəbəkələrdə, xüsusən instaqramda yeni fırıldaq növü geniş yayılıb.
Manset.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Zeyni Hüseynovun ''Xəzər Xəbər''ə bildirdiyinə görə, sosial şəbəkələrdə dələduzluq edənlər təmsil etdiyi qurumun adından da istifadə ediblər.
Nazirlik rəsmisi belə səhifələri işlədən, xüsusən saxta yarışlar keçirənlərə xəbərdarlıq edib.
Saxta yarış səhifələrini idarə edənlər vətəndaşların guya bahalı telefon qazandıqlarını qeyd edirlər. Hətta bəziləri belə telefonları öz yaxınlarına verib, fotosunu səhifədə paylaşırlar. Bununla da onun guya qalib gəlməsi mənzərəsini yaradırlar.
Daxili İşlər Nazirliyinin rəsmisi əlavə edib ki, vətəndaşların bütün rəsmi müraciətləri araşdırılır və dələduzluq etməkdə şübhəli bilinən şəxslər saxlanaraq istintaqa cəlb olunurlar.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin