Xroniki stress beyni dəyişir – Psixoloji xəstəliklərin səbəbi

23:29 - 19 Oktyabr 2021

Xroniki stress beyni dəyişir – Psixoloji xəstəliklərin səbəbi

Uzun müddət davam edən, yəni 6 aydan 3 ilə kimi xroniki stress beynin fiziki və kimyəvi xassələrində bir sıra dəyişikliklər yaradıb, psixi xəstəliklərə səbəb ola bilər.

Manşet.az xəbər verir ki, xroniki stress orqanizmdə iltihabın əsas səbəblərindən biridir.

İnsan beyni hematoensefalik baryerlə qorunur. Təkrarlanan və bitmək bilməyən stress zamanı bu baryer pozulur və iltihab zülalı beyin toxumasına düşə bilir.
Ən çox beyindəki hippokamp zədələnir, bu hissə əhval-ruhiyyə, yaddaş, zehni işə cavabdehdir.

Eləcə də stress hormonu kortizol beyinə çox sıçrayır, əhvalı pozur, hippokampı ölçücə kiçildir.

Bu da çoxsaylı fiziki problemlər, menstrusiya pozulması, depressiyaya səbəb olur. Kiçilmiş hippokamp depressiyalı insanlarda da görülür. (Medicina.az)


Xəbər xətti

15 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin