Bir ailə göbələkdən zəhərləndi - 12 yaşlı uşaq öldü

23:15 - 19 Oktyabr 2021

Bir ailə göbələkdən zəhərləndi - 12 yaşlı uşaq öldü

Qaxda göbələkdən zəhərlənmə baş verib.

Manşet.az xəbər verir ki, rayonun Tasmalı kənd sakinləri - 1974-cü il təvəllüdlü Qasımov Mübariz İbrahimxəlil oğlu, onun övladı – 2009-cu il təvəllüdlü Qasımlı Murad Mübariz oğlu və qohumu – 2012-ci il təvəllüdlü Qasımzadə İbrahimxəlil Həbib oğlu göbələkdən zəhərlənərək, Qax Rayon Mərkəzi Xəstəxanasına aparılıblar.

Xəstələrin vəziyyətləri ağır olduğundan onlar Bakı şəhərindəki xəstəxanalardan birinə göndəriliblər.

Məlumata görə, Qasımlı Murad Mübariz oğlu xəstəxanada dünyasını dəyişib.

Qafqazinfo


Xəbər xətti

15 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin