Noyabrda bu tarixlərdə iş olmayacaq
18 Oktyabr 2024
11:48 - 28 Aprel 2024
Zaqatalada həmkəndlisini bıçaqlayan şəxs saxlanılıb.
Manset.az xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib.
Bildirilib ki, hadisəni törətməkdə şübhəli bilinən, əvvəllər də məhkum olunmuş Tural Bayramov polis əməkdaşları tərəfindən saxlanılıb. Faktla bağlı araşdırmalar davam etdirilir.
09:45
Zaqatalada çayxana sahibi bıçaqlanıb.
Manset.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə rayonun Qandax kəndində baş verib.
Belə ki, kənddə çayxana işlədən 1991-ci il təvəllüdlü Nurlan Zəkər oğlu Muradovla çayxanaya müştəri kimi gələn həmkəndlisi Tural adlı şəxs arasında mübahisə yaranıb. Nəticədə Tural ona bıçaqla bədəninin müxtəlif yerlərindən xəsarət yetirib.
Yaralı Zaqatala Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. N. Muradovun bədənində 10 ədəd kəsilmiş-deşilmiş bıçaq yaraları aşkar edilib və üzərində cərrahiyyə əməliyyatı aparılıb. Vəziyyətinin orta ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin