Telman İsmayılovun təhvil verilməsi üçün materiallar Monteneqroya təqdim edildi

20:51 - 19 Oktyabr 2021

Telman İsmayılovun təhvil verilməsi üçün materiallar Monteneqroya təqdim edildi

Rusiyanın Podqoritsadakı səfirliyi azərbaycanlı biznesmen Telman İsmayılovun və Rusiya Alkoqol Bazarının Tənzimlənməsi üzrə Federal Xidmətinin (“Rosalkoqolrequlirovanie”) sabiq rəhbəri İqor Çuyanın təhvil verilməsi üçün lazım olan materialları Monteneqro tərəfinə təqdim edib.

Manşet.az xəbər verir ki, bu barədə RİA “Novosti” agentliyinə səfirlikdən bildirilib.

Monteneqro Ədliyyə Nazirliyi bundan əvvəl Telman İsmayılov və İqor Çuyanın ekstradisiyası üçün Rusiyadan lazım olan sorğunu almadıqlarını, Rusiya Baş Prokurorluğu isə ekstradisiya ilə əlaqədar Monteneqro tərəfinə sorğu göndərilməsinin hazırlığına başlanıldığını açıqlamışdı.

Qeyd edək ki, Rusiyada qətllərdə və adam oğurluğunda ittiham olunan iş adamı Telman İsmayılov Moskvanın sorğusu əsasında Monteneqronun paytaxtı Podqoritsada saxlanılıb.


Xəbər xətti

15 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin