Bu və növbəti şənbə tam iş günüdür
15 Noyabr 2024
19:41 - 19 Oktyabr 2021
"Azərbaycanla Slovakiya arasında münasibətlərin dərinləşməsi ilə bağlı addımlar atılıb. Hazırda keçirdiyimiz görüşlər iki ölkə arasında münasibətlərin möhkəmlənməsinə xidmət edir".
Manşet.az xəbər verir ki, bunu Slovakiyanın xarici işlər və Avropa məsələləri üzrə naziri İvan Korcok Azərbaycan-Slovakiya biznes forumunda çıxışı zamanı deyib.
Onun sözlərinə görə, Azərbaycanda keçirilən tədbirlər iki ölkənin siyasi baxımdan yaxın olduğunu göstərir: "Prioritetimiz iqtisadi münasibətlərimizi gücləndirməkdən ibarətdir. Bu isə xidmətlərin və məhsulların çatdırılması vasitəsilə həyata keçirilə bilər. Biz yeni qapılar açırıq və bundan sonra iş adamları, sahibkarlar həmin qapıdan keçərək fürsətləri nəzərdən keçirə bilərlər".
Nazir deyib ki, Azərbaycan fürsətlər və imkanlar ölkəsidir: "Biz Azərbaycanda sıfırdan başlamırıq, Slovakiyanın bir sıra biznes dairələri burda fəaliyyət göstərir. Bu imkanlardan istifadə edərək iki ölkə arasında olan münasibətləri daha da dərinləşdirə, Azərbaycanda fəaliyyətimizi genişləndirə bilərik, bura çox vacib regiondur".
O, azərbaycanlı sahibkarları Slovakiyanın imkanlarından istifadə etməyə çağırıb.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin