Hikmət Hacıyev “Politico”nun qərəzli məqaləsini dezinformasiyanın çirkin nümunəsi adlandırıb
22 Noyabr 2024
09:16 - 24 İyun 2021
"Düşünürəm ki, Mahir Emreli ikinci hücumçu ilə 3-5-2 sxemində daha yaxşı çıxış edir. Oyun vaxtı mənə yaxınlaşdı və nadir hallarda top ona gəldiyi üçün arxaya qayıda biləcəyini söylədi".
Manset.az xəbər verir ki, bunu Polşanın "Legiya" klubunun baş məşqçisi Çeslav Mixneviç Rusiya "Krasnodar"ı ilə 1:1 hesablı heç-heçə etdikləri yoldaşlıq görüşündən sonra Azərbaycan millisinin futbolçusu Mahir Emreli haqqında danışarkən deyib.
51 yaşlı mütəxəssis Varşava təmsilçisinin yeganə qolunu vuran 24 yaşlı hücumçu barədə müsbət fikirlər səsləndirib: "Mahir futbol oynamağı və görüşdə qol vəziyyətləri yaratmağı sevir. Amma əsas ön xətt oyunçumuz kimi geri çəkilsə, qabaqda heç kim qalmayacaq. O, özündən daha öndə olan forvardla birgə çıxış edə bilər. Bunun həlli yollarını axtarmalıyıq. Emreli o zaman rahat oynayacaq. Düşünürəm ki, bu, ona daha çox qol vurmağa və yaxşı epizodlar yaratmağa köməklik edəcək".
Qeyd edək ki, "Legiya" daha əvvəl Avstriyanın "Bişofshofen" klubunu 5:0 hesabı ilə məğlub edib. 60 dəqiqə meydanda olan Mahir Emreli 6-cı, 22-ci və 36-cı dəqiqələrdə fərqlənib.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin