Mbappe "Real"da oynamaq üçün güzəştə getməyə hazırdır

09:46 - 25 Aprel 2024

Mbappe

PSJ-nin fransalı hücumçusu Kilian Mbappe "Real Madrid"də mərkəz hücumçusu kimi çıxış edəcək.

 

Manset.az BAKU.WS-ə istinadən xəbər verir ki, "Footmercato" nəşri yazır.

Mənbənin sözlərinə görə, hücum cinahında oynamağa öyrəşmiş Mbappe Karlo Ançelottinin komandasında məmnuniyyətlə mərkəz hücumçusu rolunu öz üzərinə götürəcək.

Fransız futbolçu oyun tərzini dəyişməyə hazırdır və həmçinin başa düşür ki, hücumda ön mövqedə oynamaq onun "Qızıl Buts" və "Qızıl Top" qazanmaq şansını artıracaq.

Xatırladaq ki, Kilian 2018-ci ildən PSJ-də çıxış edir. Hücumçunun klubla müqaviləsi 2024-cü ilə qədərdir.

Hazırda futbolçunun transfer dəyəri 180 milyon avro olaraq qiymətləndirilir.

Onun bu yay transfer pəncərəsində Madrid "Real"ı ilə müqavilə bağlayacağı gözlənilir.


Xəbər xətti

4 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin