Bakıda motosikletlə avtomobil toqquşdu - Yaralanan var

09:17 - 25 Aprel 2024

Bakıda motosikletlə avtomobil toqquşdu - Yaralanan var

Bakının Xətai rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

 

Manset.az xəbər verir ki, hadisə metronun “Həzi Aslanov” stansiyasının yanında qeydə alınıb.

Belə ki, motosikletlə avtomobilin toqquşması nəticəsində sərnişin 2006-cı il təvəllüdlü Məmmədzadə Ayla Ələddin qızı yaralanıb.

Xəsarət alan gənc qız təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Hadisənin təfərrüatı araşdırılır.//report


Xəbər xətti

4 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin