Nəvəsinə Polad Həşimovun adını verdi

23:36 - 24 Aprel 2024

Nəvəsinə Polad Həşimovun adını verdi

Meyxanaçı İntiqam Rüstəmov baba olub.

 

Manset.az  xəbər verir ki, bu barədə sənətçi "7 Tamam" verilişində bildirib. Sənətçinin sayca dördüncü nəvəsi dünyaya gəlib:

"Oğlumun oğul övladı oldu. Uşağa Azərbaycanın Milli Qəhrəmanı, şəhid general-mayor Polad Həşimovun adını vermişik. Heç kimə ağıl verə bilmərik, amma tövsiyyə edirəm ki, dünyaya gələn uşaqlara şəhidlərimizin adını verək. Tarixdən silinməsinlər, yaddaşlarda qalsınlar".

Qeyd edək ki, 2020-ci il iyulun 12-16-da baş verən döyüşləri idarə edən Polad Həşimov iyulun 14-də səhər saatlarında Tovuz istiqamətində tabeliyində olan əsgərlərlə bir yerdə döyüş zamanı ön xətdə qəhrəmancasına şəhid olub. ///Axşam.az


Xəbər xətti

4 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin