Koronavirusun yeni ştamı aşkarlandı - Yayılmağa başladı

18:13 - 19 Oktyabr 2021

Koronavirusun yeni ştamı aşkarlandı - Yayılmağa başladı

Böyük Britaniyada koronavirusun yeni ştamı peyda olub və artıq yayılmağa başlayıb.

Manşet.az xəbər verir ki, yeni ştam "AY.4.2" adlanır.

Nəşrin məlumatına görə, sözügedən ştam koronavirusun "Delta" ştamının bir növüdür. Lakin bununla yanaşı, "AY.4.2" orijinal versiya ilə müqayisədə 10-15% daha çox yoluxuculuğa sahibdir.

London Universitet Kollecinin Genetika İnstitutunun direktoru Fransua Ballunun sözlərinə görə, yeni ştam pandemiya başlayandan bu yana koronavirusun ən yoluxucu versiyası ola bilər.

Mütəxəssis bildirib ki, “AY.4.2” ştamı hələ ki, yalnız Böyük Britaniya ərazisində qeydə alınıb və hazırda ölkədə aşkar olunan bütün yoluxma hallarının 10%-i məhz bu ştamın üzərinə düşür.

Bununla yanaşı, Kembric Universitetinin klinik mikrobiologiya üzrə professoru Ravi Qupta qeyd edib ki, "AY.4.2" ştamının "Britaniya" və "Hind" ştamları kimi koronavirusun əhəmiyyətli dərəcədə yayılmasına səbəb olması ehtimalı azdır.


Xəbər xətti

15 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin