Bu və növbəti şənbə tam iş günüdür
15 Noyabr 2024
13:56 - 19 Oktyabr 2021
“Bakı Metropoliteni” QSC metroda gedişhaqqının artırılması ilə bağlı hələlik Tarif Şurasına müraciət etməyib.
Manset.az xəbər verir ki, bunu Trend-ə açıqlamasında qurumun Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.
O bildirib ki, hələlik bununla bağlı heç bir müraciət yoxdur:
“Bilirsiniz ki, metroda gedişhaqqının tənzimlənməsi Tarif Şurasının səlahiyyətindədir. “Bakı Metropoliteni” gedişhaqlarını tənzimləmək səlahiyyətinə malik deyil. “Bakı Metropoliteni” isə hələlik bununla bağlı Tarif Şurasına müraciət etməyib”.
Qeyd edək ki, sonuncu dəfə “Bakı Metropoliteni“ndə gedişhaqqı 2018-ci ilin avqustun 1-dən artırılıb. Metroda 1 gediş üçün 30 qəpik müəyyən olunub. Həmin qərara qədər isə metroda gedişhaqqı 20 qəpik idi.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin