Nigeriyada çobanlar və fermerlər arasında münaqişə: 21 ölü

10:36 - 22 Aprel 2024

Nigeriyada çobanlar və fermerlər arasında münaqişə: 21 ölü

Nigeriyanın Plato əyalətində çobanlarla fermerlər arasında baş verən toqquşmad 21 nəfər ölüb.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Mvaghavul Gənclər Hərəkatının Milli sədri Sunday Dankaka jurnalistlərə müsahibəsində çobanların əyalətin Manqu və Kuru bölgələrinə silahlı hücumlar həyata keçirdiyini bildirib.

Dankaka hücumlarda 21 nəfərin həyatını itirdiyini, çox sayda insanın isə yaralandığını qeyd edib. Hücumlarda bir çox evin külə döndüyünü ifadə edən Dankaka, onlarla insanın evlərini tərk etmək məcburiyyətində qaldığını deyib.

Qeyd edək ki, Plato əyalətinin Manqu bölgəsində vaxtaşırı çobanlarla fermerlər arasında toqquşmalar baş verir. Yanvar ayında Manqu bölgəsində baş verən qarşıdurmalarda aralarında uşaq və qadınların da olduğu azı 90 nəfər həyatını itirib.

Əfsanə Rəcəb

Manşet.az


Xəbər xətti

19 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin