Almaniyada avtobus aşdı - 27 şagird xəsarət aldı

19:33 - 21 Aprel 2024

Almaniyada avtobus aşdı - 27 şagird xəsarət aldı

Almaniyanın qərbindəki Olpe şəhəri yaxınlığında avtobusun aşması nəticəsində 27 məktəbli xəsarət alıb.

 

Manset.az xəbər verir ki, bu barədə “DW” məlumat yayıb.

Məlumata görə, içərisində 15-17 yaşlı məktəblilərin də olduğu avtobus A45 şosesində yoldan çıxaraq aşıb.

Bildirilib ki, şagirdlərdən dördü ağır yaralanıb və xəstəxanaya aparılıb.

Qəzanın baş vermə səbəbləri araşdırılır.


Xəbər xətti

19 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin