İranda 50 minə yaxın qanunsuz mühacir saxlanıldı

18:47 - 21 Aprel 2024

İranda 50 minə yaxın qanunsuz mühacir saxlanıldı

İran ordusu cənub-şərq sərhəd bölgələrində 50 minə yaxın qeyri-qanuni əcnəbi immiqrantı saxlayıb.

 

Manset.az  “Tasnim”ə istinadən xəbər verir ki, bu barədə İran ordusunun cənub-şərq regional bazasının komandiri Əmir Qulamalian məlumat verib.

O bildirib ki, onun qüvvələri sərhəd polisinə milli sərhədlər boyunca qeyri-qanuni miqrasiyaya qarşı mübarizədə kömək edir, lakin onlar bunu etməyə borclu deyillər.

Onun sözlərinə görə, ordunun bölgədə həyata keçirdiyi pusqu əməliyyatları zamanı 49 min 800 qeyri-qanuni əcnəbi sərhəd polisinə təhvil verib.

Komandir qeyd edib ki, həbs edilən mühacirlər ölkənin Xarici İşlər Nazirliyi ilə razılaşdırıldıqdan sonra öz ölkələrinə deportasiya edilir.
 


Xəbər xətti

19 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin