Qarabağla bağlı üçtərəfli İşçi Qrupunun iclası KEÇİRİLƏCƏK

11:25 - 19 Oktyabr 2021

Qarabağla bağlı üçtərəfli İşçi Qrupunun iclası KEÇİRİLƏCƏK

Ermənistanın Baş nazirinin müavini Mqer Qriqoryanın rəhbərlik etdiyi nümayəndə heyəti oktyabrın 20-si Moskvaya iki günlük səfərə yollanacaq.

 

Manset.az məlumat verir ki, “Qafqazinfo” “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, Qriqoryan Moskvaya səfəri çərçivəsində rusiyalı və azərbaycanlı həmkarları Aleksey Overçuk və Şahin Mustafayevlə danışıqlar aparacaq.

Məlumata görə, Moskvada Azərbaycan, Rusiya və Ermənistan Baş nazirlərinin müavinlərinin iştirakı ilə üçtərəfli İşçi Qrupunun iclası keçiriləcək.


Xəbər xətti

15 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin