"Çelsi"nin transfer siyahısı açıqlandı - ADLAR

00:41 - 22 Aprel 2024

"Çelsi" rəhbərliyi yayda almağı planlaşdırdıqları futbolçuların siyahısını hazırlayıb.

 

Manset.az  xəbər verir ki, bu barədə informasiyanı "GiveMeSport" yayıb.

Xəbərə görə, “Çelsi” hazırkı hücumçuları satmaq və ya icarəyə verməklə əvəzində Viktor Osimhen (“Napoli”), Viktor Qekeres (“Sportinq”), İvan Tauni (“Brentford”), Bencamin Şeşko (“Leypsiq”), Lautaro Martinez (“İnter”) və ya Evan Ferqyusonu (“Brayton”) almağa çalışacaqlar. 

Xatırladaq ki, "Çelsi" Premyer Liqada 31 turdan sonra 47 xalla 9-cu pillədə qərarlaşıb.


Xəbər xətti

7 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin