Azərbaycanda görkəmli alim dünyasını dəyişdi - FOTO

14:18 - 21 Aprel 2024

Azərbaycanda görkəmli alim dünyasını dəyişdi - FOTO

Görkəmli riyaziyyatçı alim, ETN Riyaziyyat və Mexanika İnstitutunun “Diferensial tənliklər” şöbəsinin müdiri, fizika riyaziyyat elmləri doktoru, professor Əkbər Əliyev dünyasını dəyişib.

 

Manset.az xəbər verir ki, bu barədə “Report”a alimin həmkarları bildiriblər.

Məlumata görə, o, bu gün vəfat edib.

Ə.Əliyev 170-dən çox elmi əsərin, 2 dərs vəsaitinin müəllifidir. 10-dan çox fəlsəfə doktoruna rəhbərlik edib.

Allah rəhmət eləsin!


Xəbər xətti

6 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin