Türk mediası Cavanşir Məmmədovun ölümündən yazdı - FOTO

11:19 - 21 Aprel 2024

Türk mediası Cavanşir Məmmədovun ölümündən yazdı - FOTO

Xəbər verdiyimiz kimi, Əməkdar artist Cavanşir Məmmədov bu gün vəfat edib

 

Manset.az axşam.az-a istinadən bildirir ki, bu barədə türk mediasında da xəbərlər dərc olunub. Məlumatda Azərbaycanın tanınmış sənətçilərindən biri Cavanşir Məmmədovun 70 yaşında evində ürəktutmasından dünyasını dəyişdiyi əks olunub.

Həmçinin xəbərlərdə aparıcı Xoşqədəm Hidayətqızının mərhum sənətçi ilə bağlı paylaşımı da yer alıb.

"Əməkdar artist Cavanşir Məmmədovun ölüm xəbəri məni çox sarsıtdı. Ölüm gözlə-qaş arasındadır. Sonuncu danışığımız qızının keçmiş həyat yoldaşını verlişdən uzaqlaşdırmağımla bağlı olmuşdu. Çox stres keçirirdi, ona sağlamlığına diqqət et, stresdən uzaq dur demişdim. Uşaq qəlbli , kövrək, heç kəsə pisliyi keçməyən insan... Allah sənə rəhmət eləsin" deyə, paylaşımda yazılıb.

Hətta Türkiyənin maqazin səhifələri sosial media hesablarında Cavanşir Məmmədovu müğənni İbrahim Tatlısəslə bərabər tutublar. Belə ki, paylaşımların birində "Azərbaycanın İbrahim Tatlısəsi kimi tanınan Cavanşir Məmmədov 70 yaşında dünyasını dəyişib" deyə, bildirilib.

Qeyd edək ki, C.Məmmədov dünən 70 yaşında ürəktutmasından dünyasını dəyişib. 



Xəbər xətti

7 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin