“Qarabağ”da ciddi itki - "Lion”la matçda olmayacaq
21 Noyabr 2024
14:09 - 12 Aprel 2024
Xalqların vahid məqsəd ətrafında sıx birləşməsi milli ideologiyanın dəqiq müəyyən edilməsindən asılıdır. Dövlətin vahid ideologiyası vətəndaşların təbii maraqları ilə üst-üstə düşdükdə dövlət-vətəndaş münasibətləri sarsılmaz olur. Azərbaycançılıq ideoliogiyası Azərbaycan dövlətçilik irsinin və milli dövlətçilik strategiyamızın təməl prinsiplərini təşkil edir. Azərbaycançılığın bütün dünya azərbaycanlılarını birləşdirən ümummilli ideologiya halına gəlməsi və müstəqil Azərbaycan dövlətinin ideya əsasına çevrilməsi ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Azərbaycançılıq ideologiyasının əsas qayəsi Azərbaycanın müstəqilliyini, ərazi bütövlüyünü qoruyub saxlamaq və möhkəmləndirməkdir. Bu ideyanın məqsədi çoxmillətli Azərbaycan xalqının birləşməsi və demokratik yolla inkişaf etməsinə zəmin yaradan dəyərlər sistemini formalaşdırmaqdır. Bu dəyərlər sistemi Azərbaycanda demokratik inkişafa və hüquqi, sosial dövlətin qurulmasına xidmət edir.
Mövzu ilə bağlı deputat Vüqar İskəndərov Manset.az-a açıqlamasında bildirib ki, Ümummilli lideri Heydər Əliyev Azərbaycan cəmiyyətinin inkişafının ideya təməli olan azərbaycançılıq konsepsiyasını irəli sürərək dövlətin müstəqilliyini möhkəmləndirdi, onun siyasi və iqtisadi əsaslarını yaratdı və bütün dünya azərbaycanlılarını bir ideologiya ətrafında birləşdidi.
Vüqar İskəndərovun sözlərinə görə, böyüməkdə olan gəncliyimizə azərbaycançılıq ideyasının aşılanması sayəsində bu gün böyük qələbələrə və uğurlara imza atarıq:
“Azərbaycançılıq məfkurəsi əsrin əvvəllərində inkişaf etməyə başladı. Ulu öndər Heydər Əliyevin Azərbaycan SSRİ-də hakimiyyətə gəlməsindən sonra ölkədə azərbaycançılıq siyasəti təbliğ olunurdu. Çox çətin bir dönəm idi. Çünki SSRİ şəraitində Heydər Əliyev çox incə siyasi ustalıqla azərbaycanlı şairlərin, yazıçıların, hətta dissidentlərin qorunması, Azərbaycanın tanınmış görkəmli şəxsiyyətlərinin qəbirlərinin ölkəyə gətirilməsi, hərbi məktəbin yaradılması, bir çox məhsulların Azərbaycanda istehsal edilməsi və mədəniyyətə, təhsilə çox böyük önəm verməsi böyük hadisə idi. Bu siyasət Azərbaycanı tək SSRİ-də yox, bütün dünyada tanıtdırmağa hesablanmışdı. Bu ideya ulu öndərin müstəqil Azərbaycanda hakimiyyətə gəlməsi və dağılmaqda olan ölkəni yenidən yaratması, təşəkkül tapmasına verdiyi çox böyük dəyər və zəhmət idi. Bu gün bu ideya ölkə başçısı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Biz həmin ideyanın yekun nəticəsinin 44 günlük Vətən müharibəsində şahhidi olduq. Azərbaycan gənci dünyaya qəhrəmanlığın, şücaətin, Vətən sevgisinin nə olduğunun master-klassını göstərmiş oldu. Gənclərimiz şirin canlarını Vətən üçün fəda etdilər. Gənclərimiz şəhid, qazi, müharibə iştirakçısı oldu və torpaqlarımızı düşmən tapdağından azad etdilər. Bu gün həmin o ideyanı, məfkurəni yaşayırıq. Xalq olaraq biz bu gün dünyanın ən qürurlu, ən mübariz xalqıyıq. Bu qüruru bir sözlə ifadə eləmək çox çətindir. Bu elə bir duyğu, elə bir hissdir ki, bundan böyük nəyisə genetik olaraq insan ruhunda, qəlbində, hərəkətlərində ifadə etmək çətinliyi yaranır. Bu qələbə bu uğurlar davamlı olmalıdır”.
Duputat qeyd edib ki, biz yalnız daxildə böyüməkdə olan gənc nəslə verilən tərbiyədə milli mənəvi dəyərlərimizə hörmət, vətənpərvərlik, vətəndaşın tərbiyəsinin yüksəldilməsi ilə bağlı deyil, həm də ölkəmizin tanıdılması, tərənnüm edilməsi üçün xaricdə də daha böyük maştablı və daha keyfiyyətli işlər görməliyik:
“Bu gün xaricdə azərbaycançılıq ideyasının təbliği ilə bağlı böyük işlər görülür. Xarici İşlər Nazirliyi, səfirliklər, konsuluqlar, ikincisi isə müvafiq dövlət komitəsi, xaricdə yaşayan soydaşlarımız diasporlar işləyir. Azərbaycan diaspor təşkilatları öncəki illərlər müqayisədə artıq canlanmağa başlayıb. Amma yenə də görüləcək çox işlər var. Əsasən də xaricdə yaşayan və orada doğulan azərbaycanlı uşaqlara, gənclərə əsl azərbaycanlı dəyərləri təbliğ edilməlidir. Onlar Azərbaycanın milli mənəvi dəyərlərinə hörmət ruhunda böyüməlidirlər. Azərbaycançılıq ideyasını bu xalqın xəzinə kimi topladığı bir çox dəyərlərin doğru-düzgün təbliği üçün diaspor nümayəndələrinin üzərinə çox böyük məsuliyyət və vəzifələr düşür. Onlar ölkəmizin ədalətli mövqeyini, çalışdıqları, işlədikləri yerlərdə, olduqlardı ölkələrdə uğurla təmsil etməlidirlər. Xaricdə yaşayan hər bir azərbaycanlı özünü bir növ səfir konsul hiss etməlidir. Onların hər birinin arxasında böyük Azərbaycan ideyası durmalıdır və onun məsuliyyətini hiss etməldirlər. Təbii ki, belə insanların sayı çoxdur. Milli dəyərlərimizə sahib çıxan və təbliğ edən diapor fəalları kifayət qədərdir. Biz çalışmalıyıq ki, onların sayı durmadan artsın. Onlar yalnız hər hansı bir siyasi məsələlərdə Azərbaycanın mövqeyini dəstəkləmək, onunla bağlı hər hansı bir aksiya keçirmək yox, həm də orda dərnəklər, fondların yaradılması, Azərbaycan mədəniyyətinin təbliğ olunması, böyük insan kütləsinə çatdırılması üçün yorulmadan çalışmalıdırlar. Düşünürük ki, qarşıda bu sahədə işlərimiz çoxdur. Hər birimiz gücümüzü səfərbər etməliyik və Azərbaycanımızı dünyanın bütün ölkələrində uğurla və şərəflə təmsil etməliyik”.
Əfsanə Rəcəb
6.3.9. Azərbaycançılıq ideyasının təbliği;
Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin