Azərbaycanda avtomobil aşdı: Ölən və yaralanan var

09:24 - 15 Aprel 2024

Azərbaycanda avtomobil aşdı: Ölən və yaralanan var

Sabirabadda bir nəfərin ölümü, bir nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

 

Manset.az xəbər verir ki, hadisə rayonun Şəhriyar kəndində qeydə alınıb.

Belə ki, hərəkətdə olan minik avtomobili idarəetmədən çıxaraq dərəyə yuvarlanıb.

Qəza nəticəsində 1996-cı il təvəllüdlü Məmmədov Sabir Bayram oğlu hadisə yerində keçinib. Kənd sakini 1992-ci il təvəllülü İsmayılova Dostu Əliyar qızı isə müxtəlif dərəcəli xəsarətlər alıb.

Yaralı Sabirabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.//report


Xəbər xətti

7 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin