Xudafərin körpüsünün azad olunmasından 4 il ötür
18 Oktyabr 2024
18:27 - 14 Aprel 2024
Türkiyədən qaçaqmalçılıq yolu ilə çıxarılan tarixi və mədəniyyət əsərlərindən 17-si 2024-cü ilin ilk üç ayı ərzində ölkəyə qaytarılıb.
Manset.az Metbuat.az-a istinadən xəbər verir ki, bu barədə Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi məlumat yayıb.
Sözügedən dövr ərzində İtaliyadan 11, Fransadan 2, Böyük Britaniyadan 2, İsveçrədən 1, Almaniyadan 1 əsər Türkiyəyə gətirilib.
Bildirilib ki, Anadolunun tarixi və mədəni irsinin qorunması məqsədilə Nazirliyin tərkibində fəaliyyət göstərən Qaçaqmalçılıqla mübarizə departamentinin əməkdaşları 1980-ci ildən bu günə kimi 17 dövlətə ümumilikdə 150 müraciət ünvanlayaraq 25 min 525 tarixi əsərin Türkiyəyə qaytarılmasına nail olublar.
Ən çox tarixi əsər Türkiyəyə Almaniya tərəfindən (8670 ədəd) qaytarılıb. İlk “beşliyə”, həmçinin Xorvatiya (4147), Böyük Britaniya (3742), Bolqarıstan (3061) və ABŞ (2599) daxildir.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin