2 məktəblini elektrik cərəyanı vuraraq öldürdü - YENİLƏNDİ

18:39 - 14 Aprel 2024

2 məktəblini elektrik cərəyanı vuraraq öldürdü - YENİLƏNDİ

İmişli şəhərində 5 saylı orta məktəbin həyətində elektrik cərəyanının vurması nəticəsində həyatlarının itirən məktəblilərin şəxsiyyəti məlum olub.

 

Manset.az Apa-ya istinadən xəbər verir ki, elektrik cərəyanın vurması nəticəsində İmişli sakinləri 2010-cu il təvəllüdlü İsbərov Amid Seyran oğlu və Məmmədzadə Fərhan Farid oğlu həyatlarının itiriblər.

Amid İsbərov və Fərhan Məmmədzadə 8-ci sinif şagirdləri olub.

16:03

İmişlidə iki məktəblini elektrik cərəyanı vuraraq öldürüb.

Manset.az APA-ya istinadən xəbər verir ki, hadisə İmişli şəhərində 5 saylı orta məktəbin həyətində baş verib.

Məktəbin həyətində 6-8-ci sinifdə oxuyan iki məktəbli elektrik cərəyanı vurması nəticəsində həyatlarını itiriblər.

Hazırda hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.


Xəbər xətti

6 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin