Rusiya NATO ilə bütün əlaqələri KƏSDİ

16:22 - 18 Oktyabr 2021

Rusiya NATO ilə bütün əlaqələri KƏSDİ

Rusiya ilə Qərb arasında gərginlik davam edir.

 

Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, NATO yanında Rusiyanın daimi nümayəndəliyi fəaliyyətini dayandırıb.

 

Bu barədə xarici işlər naziri Sergey Lavrov məlumat verib. O, qərarın noyabrın 1-dən qüvvəyə minəcəyini əlavə edib.

“NATO Rusiya ilə əlaqə saxlamaq üçün Belçikadakı səfirliyimizə müraciət edə bilər”.

 

Eyni zamanda, NATO-nun Moskvada yerləşən informasiya bürosu və hərbi missiyası da fəaliyyətini dayandıracaq.


Xəbər xətti

14 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin