Oğuzda 2 nəfər saxlanıldı

10:29 - 14 Aprel 2024

Oğuzda 2 nəfər saxlanıldı

Oğuz Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan, əvvəllər məhkum olunmuş Qardaş Abdullayev və Teymur Sadıqov saxlanılıb.

 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan Manset.az-a verilən məlumata görə, onlardan narkotik vasitə olan marixuana aşkar edilərək götürülüb.

Faktlarla bağlı cinayət işləri başlanıb, araşdırmalar davam etdirilir.


Xəbər xətti

6 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin