Ronaldinyo Bakı səfərindən paylaşım etdi - VİDEO
14 Noyabr 2024
15:55 - 18 Oktyabr 2021
Millimizin hücumçusu Mahir Emrelinin çıxış etdiyi "Legiya" Polşa Ekstraklasasının XI turunda "Lex" ilə qarşılaşıb və 0:1 hesabı ilə məğlub olub.
Manset.az xəbər verir ki, komandanın baş məşqçisi Çeslav Mixneviç matçdan sonra keçirilən mətbuat konfransında yenilgiyi şərh edib.
"Mahir Emreli niyə avrokuboklarda sevinir və liqada məyus olur? Bunu demək çətindir. Onun görüş ərzində qol epizodu var idi. İkinci hissədə imkanından istifadə etsəydi, yəqin ki, bu sualı özümüzə verməzdik. Məsələ onun yaxşı və pis oynadığı oyunlar arasında seçim etməsində deyil. O, sadəcə, oyununu ortaya qoydu".
51 yaşlı mütəxəssis görüşün fasiləsində 24 yaşlı futbolçu ilə söhbət etdiyini bildirib: "Fasilədə ondan aktiv olmasını, rəqibin müdafiəçilərinin sağında və solunda yaranan boşluqlardan yararlanmasını istədim. Mahir fasilədən sonra daha intensiv oynamağa başladı. İkinci yarıda qol vursaydı, yəqin ki, indi fərqli tonda danışacaqdıq. O, qol vurmalıdır, biz Mahiri buna cavabdeh sayırıq . Əks halda, özü də çıxışından razı qala bilməz".(fanat.az)
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin