“Maşın bazarı”nda 4 mağaza yandı - YENİLƏNİB

16:30 - 13 Aprel 2024

“Maşın bazarı”nda 4 mağaza yandı - YENİLƏNİB

Bakı şəhərinin Babək prospektində yerləşən “Maşın bazarı” adlanan ərazidə baş vermiş yanğın nəticəsində ümumi sahəsi 400 kv.m. olan bir dam altında tikilmiş 32 ədəd müxtəlif təyinatlı mağazalardan 4 ədədi 48 kv.m. sahədə yanıb.

 

Bu barədə Manset.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Qeyd olunub ki, digər mağazalar yanğından mühafizə olunub.

14:59

Bakı şəhərinin Nizami rayonu, Babək prospektində yerləşən “Maşın bazarı” adlanan ərazidəki yanğının geniş sahəyə yayılmasına imkan verilməyib.

Bu barədə Manset.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Qeyd edilib ki, nazirliyin Dövlət Yanğından Mühafizə Xidməti tərəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində “Maşın bazarı”ndakı yanğın qısa müddətdə tam söndürülüb.

14:22

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhərinin Nizami rayonu, Babək prospektində yerləşən Maşın bazarının ərazisində mağazada yanğın baş verməsi barədə məlumat daxil olub.

FHN-dən Manset.az-a verilən məlumata görə, mağazada baş vermiş yanğın Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən genişlənməsinə imkan verilmədən qısa müddətdə məhdudlaşdırılıb. 

Yanğının tam söndürülməsi istiqamətində işlər davam etdirilir.


Xəbər xətti

7 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin