Bakı Limanının ümumi yük dövriyyəsi 21% artıb

14:34 - 18 Oktyabr 2021

Bakı Limanının ümumi yük dövriyyəsi 21% artıb

Bu ilin üç rübü üzrə Bakı Limanının ümumi yük dövriyyəsi 21% artıb

Manset.az xəbər verir ki, 2021-ci ilin doqquz ayı ərzində “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-də (Bakı Limanı) ümumi yükaşırmanın həcmində nəzərəçarpacaq artım müşahidə edilib. Belə ki, ötən ilin müvafiq dövründə limanda 3 milyon 564 min tondan çox yük aşırılmışdısa, 2021-ci ilin eyni dövründə bu rəqəm 4 milyon 298 min tondan çox olub. Bu isə 21% artımdan xəbər verir.Bu ilin üç rübündə tranzit yüklərin payı isə ümumi yükaşırmanın 93%-ni təşkil edib.

Bakı Limanında ayrı-ayrı sahələr üzrə göstərilən xidmətlər görə isə sözügedən dövrdə ən çox artım məhz quru yük aşırmalarında qeydə alınıb. Belə ki, bu ilin yanvar-sentyabr aylarında limanda aşırılan quru yükün həcmi 856 min tondan çox olub. Bu da ötən ilin anoloji dövrü ilə müqayisədə 69%-lik artım deməkdir. Yükün əsas hissəsini isə Türkmənistan mənşəli gübrə məhsulları təşkil edib.  Bundan başqa müvafiq dövrdə Bakı Limanında aşırılan konteynerlərin sayında da artım qeydə alınıb. Bu ilin üç rübü ərzində aşırılan konteynerlərin həcmi TEU ekvivalentində 30 774 olub.

Digər ciddi artımlardan biri isə Dübəndi neft terminalında aşırılan neft və neft məhsullarının həcmində qeydə alınıb. Belə ki, 2021-ci ilin doqquz ayında aşırılan neft və neft məhsullarının həcmi 3 dəfəyə yaxın artaraq 1 milyon tondan çox olub.

Hesabat dövründə Bakı Limanı vasitəsi ilə daşınan ağırtonnajlı nəqliyyat vasitələrinin (TIR) sayında və Bərə terminalının vaqon aşırılmasında qismən azalma qeydə alınıb. Belə ki, qeyd edilən dövründə aşırılan vaqon sayı 22 201 ədəd, avtonəqliyyat vasitələrinin sayı isə 28 491 ədəd olub.


Xəbər xətti

24 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin