Ronaldinyo Bakı səfərindən paylaşım etdi - VİDEO
14 Noyabr 2024
14:12 - 18 Oktyabr 2021
Prezident İlham Əliyevin oktyabrın 17-də Füzuli rayonunda ictimaiyyət nümayəndələri ilə görüşündə millət vəkili Aqil Abbas da iştirak edib.
Manset.az xəbər verir ki, deputat dövlət başçısının millimizin futbolçusu Qara Qarayevlə görüşü ilə bağlı maraqlı anı paylaşıb.
Aqil Abbas yazır:
Prezident İlham Əliyevin xalq tərəfindən böyük coşğu ilə sevilməsinin səbəbi təkcə müdrik bir siyasətçi kimi, bir sərkərdə kimi 44 gün ərzində torpaqlarımızı Ermənistanın 30 illik işğalından azad etməsi, ölkəni dünyanın söz sahibinə, qüdrətli dövlətlər sırasına çıxarması deyil, həm də xalqla görüşlərində həddindən artıq səmimi olması, insanların ürəklərini boşaltması üçün şərait yaratması, incə yumoru və zarafatlarıdı.
Ayın 17-də Füzulinin işğaldan azad olunmasının 1-ci ildönümü ilə əlaqədar şəhərin təməl daşının qoyulması münasibətilə keçirilən tədbirdə çox maraqlı söhbətlər oldu. Tədbir iştirakçılarının hamısı öz ürək sözlərini prezidentlə və eləcə də 1-ci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva ilə bölüşə bildilər.
Yeri gəldikcə həmin görüşdə baş verən maraqlı hadisələr barədə yazılar yazacam. Bu gün həmin o maraqlı hadisələrdən birini oxuculara çatdırmaq istəyirəm.
Görüşdə “Qarabağ” komandasının və eləcə də millimizin futbolçusu Qara Qarayev də iştirak edirdi. Qara 1 yaşında bu şəhəri, daha dəqiq desək, doğulduğu Horadiz kəndini ailəsi ilə tərk edib və 28 ildən sonra azad ölkənin azad olmuş torpaqlarının azad bir sakini kimi doğma yerlərdəydi. Onun sevincini təsəvvür etmək çox çətindi.
Həmin gün “Qarabağ”ın “Sabah”la oyunu vardı. oyun da axşam saat 7-yə 15 dəqiqə qalmış başlamalı idi. Çox həyəcanlı idi ki, qayıdıb oyuna çata biləcək, ya yox. Ürəyinin yarısı doğma Füzulidəydi, yarısı da doğma komandasında. Bu çətin oyunda komandasını tək qoymaq istəmirdi.
Möhtərəm prezident Qara Qarayevlə görüşərkən birinci sözü bu oldu ki, “Qarabağ” hamımızın komandasıdı, komandanı hamımız sevirik və həmişə uğurlar arzulayırıq. Mən də dedim ki, Möhtərəm Prezident, bu gün “Qarabağ”ın oyunu var, axşam saat 7-də, Qara çalışır ki, görüşdən sonra oyuna çatsın, komandasını tək qoymasın.
Prezident güldü, Qaranı da sıxdı özünə və dedi:
- Qurbana zəng edin, deyin ki, prezident deyir ki, Qara gəlib çatmayana kimi oyunu başlamasınlar.
Möhtərəm Prezidentin bu incə yumor və zarafatı Qaranın üzündə çiçəklədi.
Qara özünü oyuna çatdırdı, amma yol yorğunluğunu nəzərə alıb Xoca, yəni Qurban Qurbanov həmin gün onu oyuna buraxmadı.
“Qarabağ” 2:1 hesabı ilə “Sabah”a qalib gəldi. Ayın 21-də Avropa çempionatları oyunlarında “Qarabağ” “Kayrat”ı qəbul edəcək. İnşallah, Qara həmin oyunda Prezidentin ona və “Qarabağ”a olan sevgisini gözəl oyunu ilə doğruldacaq.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin