Sumqayıtda qonşusu olan qadını amansızlıqla qətlə yetirdi

01:29 - 24 İyun 2021

Sumqayıtda qonşusu olan qadını amansızlıqla qətlə yetirdi

Sumqayıtda qonşular arasında düşən mübahisə ölümlə nəticələnib.

Manset.az APA-ya istinadən xəbər verir ki, hadisə şəhərin Hacı Zeynalabdin qəsəbəsində baş verib.

Belə ki, 1972-ci il təvəllüdlü Sevinc Abdullayeva 29 bıçaq zərbəsi ilə kişi qonşusu tərəfindən qətlə yetirilib. Mərhumun meyiti müayinə olunmaq üçün aidiyyəti üzrə təhvil verilib.

49 yaşlı qadını qətlə yetirən şəxs polis tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.


Xəbər xətti

11 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin