"Gərək yersiz danışasan ki, seviləsən" - Xalq artisti

23:14 - 10 Aprel 2024

"Oxumaq indi çox çətindir. Gözəl sənətdir, amma məsələ odur ki, yaxşı oxuyub məşhur olmaq üçün gərək yersiz, çox danışasan ki, seviləsən. Burada başqa-başqa yollar var".

 

Manset.az xəbər verir ki, bu sözləri Xalq artisti Zaur Rzayev "7 Tamam" verilişində deyib. Sənətçi hazırda səsi olmayanların məşhur olduğunu bildirib:

"Yalan ayaq tutar, amma yeriməz!". Təsəvvürünüzə gətirin ki, səsi olmayanlar dəbdədir. "Do", "sol" səsi olanlar çox məşhurdurlar, buna musiqi dilində kvinta deyirlər. Amma gözəl muğam oxuyan uşaqlarımız var. Qarğanın, bülbülün də səsi var. Allah insana da səs verib, amma bu o demək deyil ki, hamı oxumalıdır. Bizdə isə səsi olan da, olmayan da oxuyur. Bir axara düşüb gedirlər". (Axşam.az)


Xəbər xətti

26 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin